Aslan Kərimov: “Həm “Qarabağ”, həm də “Qəbələ” üçün çətin olacaq”
Bizi izləyin

İdman

Aslan Kərimov: “Həm “Qarabağ”, həm də “Qəbələ” üçün çətin olacaq”

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda hər iki klubumuzu çətin sınaq gözləyir. “Qəbələ” Dortmund “Borussiya”sını qəbul edəcək, “Qarabağ” isə “Monako”nun qonağı olacaq.

Elə Azərbaycan yığmasının sabiq kapitanı, təcrübəli mütəxəssis Aslan Kərimov da bizimlə həmfikirdir. O, həm “Qarabağ”, həm də “Qəbələ” klublarının şanslarını dəyərləndirib.

Publika.az-a danışan A.Kərimov hər iki komandanın görüşünün çətin olacağını deyib:

“Həm "Qarabağ”, həm də “Qəbələ” üçün çətin olacaq. “Qəbələ”nin şansı barədə onu deyərdim ki, çox çətin olacaq. Almaniya hərtərəfli çox üstündür. Rəqib səfərdə oynasa da, sadəcə qələbə qazanmaq üçün çalışacaqlar. “Qarabağ”ın şansına gəldikdə isə düşünürəm ki, Qurban Qurbanovun öz planları var. Düzdür, təmsilçimiz Monakoya itkilərlə gedir. Qurban müəlim özü də bu barədə demişdi, bu itkilərin yerinin görünməməsi üçün çalışacaqlarını bildirmişdilər. Fikrimcə, Reynaldonun yoxluğu “Qarabağ”ın oyununa təsir göstərə bilər. Amma Fransada heç-heçə də yaxşı nəticədir”.

Qeyd edək ki, oktyabrın 22-də saat 20:00-da “Qəbələ” – “Borussiya” matçı start götürəcək. Həmin gün 22:00-da isə “Lui II” stadionunda "Monako" - "Qarabağ" oyunu başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm