Barmaqları olmayan uşaqların futbol eşqi – FOTOLAR
Bizi izləyin

İdman

Barmaqları olmayan uşaqların futbol eşqi – FOTOLAR

Qüsurlu doğulan, barmaq və dabanları olmayan Kian və Kallum Carram qardaşları futbol aşiqi olsalar da, indiyədək sevdikləri idmanla məşğul ola bilməyib. Lakin bundan sonra xüsusi olaraq onlar üçün hazırlanan protezlər sayəsində bu arzularına çatacaqlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, barmaqları olmadığı üçün “Nottingham Forrest” klubu qardaşları yerli komandaya üzv qəbul etməkdən imtina edib. Bundan sonra uşaqların atası onları klinikaya aparıb və yeni protez ayaqlar sifariş verib. Artıq ayaqlar hazırdır və atası oğlanlarının yeni protez ayaqları geyinmək üçün tələsdiklərini deyib.Yeni protezlər normal insan ayağından fərqlənmir. Odur ki, uşaqların həmin ayaqlarla futbol oynaması çətin olmayacaq. Ata Con Carram: "Uşaqlar məktəbdə insanların qəribə baxışlarıyla qarşılaşır, ayaqlarının nə üçün bu qədər kiçik olduğu ilə bağlı suallara cavab verməli olurlar. Bundan başqa, tətilə gedəndə, hovuz başında insanların bizə baxıb pıçıldaşdıqlarını görürük. Amma mən uşaqlarıma burada utanmalı heç nə olmadığını söyləyir və onları ruhlandırıram. Yeni protez ayaqlar sayəsində uşaqlar daha qəribə baxışlarla qarşılaşmayacaq”.

Bu protezlər 2 il ərzində dəyişdirilməlidir. Ailənin yeni protez almağa imkanı çatmadığı üçün indidən ianə toplayırlar.

Qeyd edək ki, protezlər 8.000 funt-sterlinq təşkil edib.

“Dailymail”-in xəbərinə görə, irsi olan bu xəstəlik uşaqlara atalarından keçib. Belə ki, o da eyni xəstəlikdən - Adams Oliver sindromundan əziyyət çəkir. Onların nə ayaq, nə də əl barmaqları var. Kallumun bir əlində 2, digər əlində 3, Kianın isə bir əlində 5, digərində yalnız 3 barmağı var. Bu nadir xəstəlikdən dünyada yalnız 130 adam əziyyət çəkir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm