Tərlan Əhmədovun təyinatının sirri - ÖZƏL
Bizi izləyin

İdman

Tərlan Əhmədovun təyinatının sirri - ÖZƏL

Tərlan Əhmədovun təyinatının sirri - ÖZƏL

AZAL-ın baş məşqçisi Vaqüif Sadıqovun gözlənilmədən istefaya getməsi böyük təəccübə səbəb oldu.

Sadıqov mətbuata verdiyi açıqlamada bildirib ki, klub rəhbərliyi ondan avrokuboklara vəsiqə tələb edib. Təbii ki, bu tələbin real olmadığını AZAL rəhbərliyi də yaxşı anlayırdı.

Ancaq görünür Vaqif Sadıqovu istefaya məcbur etmək üçün belə qeyri-real tələb irəli sürmək vacib imiş. Publika.az Sadıqovun istefası ilə bağlı maraqlı məlumat əldə edib. AFFA-da işləyən şəxsin saytımıza verdiyi məlumata görə, AZAL rəhbərliyi Vaqif Sadıqovu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin göstərişi ilə istefaya göndərib.

Məqsəd isə Musayevin kadrı sayılan Tərlan Əhmədovu onun yerinə təyin etmək olub. Bu yerdəyişmənin pərdəarxası məqamı isə növbəti mövsümə hesablanıb. Belə ki, PFL prezidenti “Tərlan Əhmədovu baş məşqçi təyin etsəniz, AZAL növbəti mövsüm avrokuboklara vəsiqə əldə edəcək” vədini verib.

Bu vəddən sonra klub rəhbərliyi Vaqiv Sadıqovu getməyə məcbur edən addımı atıb və dərhal da onun postuna Tərlan Əhmədovu təyin edib.

Qeyd edək ki, Tərlan Əhmədov Ramin Musayevin kadrı olduğunu özü etiraf etmişdi. O, “Arena” verilişində çıxış edərkən bildirmişdi ki, “Neftçi”yə məhz Ramin Musayevin göstərişi ilə gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm