• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bu gün Çempionlar Liqasının 3-cü turuna yekun vurulacaq

  • İdman
  • 21 Oktyabr 2015 09:22
  • 408 Baxış
Bu gün Çempionlar Liqasının 3-cü turuna yekun vurulacaq

Bu gün futbol üzrə Çempionlar Liqasının III turuna yekun vurulacaq. İkinci oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunda Fransanın PSJ klubu İspaniya "Real Madrid"ini qəbul edəcək. Hərəyə 6 xalı olan komandalar heç-heçə etdiyi halda da siyahıda heç bir dəyişiklik olmayacaq. Madrid təmsilçisi hazırda ilk pillədədirsə, Paris klubu qrup ikincisidir. Qrupun digər oyununda İsveç "Malmö"sü ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq.

B qrupunda Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə İngiltərə "Mançester Yunayted"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupda 4 komandanın da aktivində 3 xal olduğundan qalib komanda ilk iki pillədə qərarlaşacaq. Almaniya "Volfsburq"u isə PSV (Hollandiya) ilə qarşılaşacaq.

C qrupunda Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyənin "Qalatasaray" klubu Portuqaliya "Benfika"sını sınağa çəkəcək. Hazırda 1 xalla qrup 3-cüsü olan İstanbul təmsilçisi vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Hamza Hamzaoğlunun komandası daha da pisləşəcək. Qrupun digər oyununda isə "Altetiko" (Madrid, İspaniya) və "Astana" (Qazaxıstan) komandaları qaşrılaşacaq.

D qrupunda isə İtaliya "Yuventus"u ilə Almaniyanın "Borussiya" (Münxenqladbax) klubları qarşılaşacaq. "Mançester Siti" (İngiltərə) və "Sevilya" (İspaniya) qarşılaşmasında isə qrup ikinci müəyyənləşəcək.

Çempionlar Liqası. Qrup mərhələsi, 3-cü tur

21 oktyabr

A qrupu

23:45 PSJ (Fransa) - Real (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Paris. "Park de Prens"

23:45 Malmö (İsveç) - Şaxtyor (Ukrayna)

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

Malmö. "Malmö Nyu Stadium"

Real, PSJ - 6, Malmö, Şaxtyor - 0.

B qrupu

23:45 MOİK (Rusiya) - Mançester Yunayted (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalo (İspaniya)

Ximki. "Ximki Arena"

23:45 Volfsburq (Almaniya) - PSV (Hollandiya)

Baş hakim: Alberto Undiano Mayonko (İspaniya)

Volfsburq. "Volksvagen Arena"

PSV, Mançester Yunayted, MOİK, Volfsburq - 3.

C qrupu

23:45 Atletiko (İspaniya) - Astana (Qazaxıstan)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Madrid. "Visente Kalderon"

23:45 Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

İstanbul. Ali Sami Yen.

Benfika - 6, Atletiko - 3, Qalatasaray, Astana - 1.

D qrupu

23:45 Yuventus (İtaliya) - Borussiya M (Almaniya)

Baş hakim: Kreyt Tomson (Şotlandiya)

Turin. "Yuventus" stadionu

23:45 Mançester Siti (İngiltərə) - Sevilya (İspaniya)

Baş hakim: Bas Neyxeys (Hollandiya)

Mançester. "Etihad" stadionu

Yuventus - 6, Sevilya, Mançester Siti - 3, Borussiya M - 0.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR