AFFA Azərbaycan - İtaliya oyunundan nə qədər qazandı?
Bizi izləyin

İdman

AFFA Azərbaycan - İtaliya oyunundan nə qədər qazandı?

AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan - İtaliya oyununa satılmış biletlərdən əldə olunan məbləğ açıqlanıb.

Publika.az xəbər verir ki, oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçirilmiş matçda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alınıb.

İlk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.

Bu matça isə 150729 AZN məbləğində bilet satılıb.

Azərbaycan - İtaliya qarşılaşması millimizin 1:3 hesablı məğlubiyyətiylə başa çatmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm