“Qalatasaray” qalib gəldi
Bizi izləyin

İdman

“Qalatasaray” qalib gəldi

Bu gün Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" Portuqaliyanın "Benfika" komandasını qəbul edib. Qarşılaşmanın ikinci dəqiqəsində türklər top buraxsa da, çox keçmədən oyunda üstünlüyü ələ la biliblər. "Cim-bom" 2:1 hesabla meydandan qalib ayrılıb.

Qollar: Qaytan, 2 (0:1), Səlcuk İnan, 19-pen. (1:1), Padolski, 33 (2:1)

Qeyd edək ki, Qalatasaray hal-hazırda 4 xalla 3-cü yerə qərarlaşıb.

PSJ – “Real” Madrin oyununda hesab açılmayıb, “Atletiko” Madrid isə doğma meydanda Astanaya 2:0 qalib gəlməkdədir.

Digər oyunlarda isə “Malmö” “Şaxtyor” üzərində minimal üstünlüyə malikdir, eyni hesab CSKA – “Mançester Yunayted” görüşündə də qeyd alınır.

“Volsburq” – PSV-yə 1:0 qalib gəlir, “Yuventus” – “Borussiya” (Münhenqladbax) və “Mançester Siti” – “Sevilya” matçlarında isə bərabərlik davam edir.

PSJ – “Real” - 0:0

“Malmö” – “Şaxtyor” - 1:0
MOİK – “Mançester Yunayted” - 1:1
“Volfsburq” – PSV - 2:0
“Qalatasaray” – “Benfika” - 2:1
“Atletiko” – “Astana” - 4:0
“Yuventus” – “Borussiya” M. - 0:0
“Mançester Siti” – “Sevilya” - 1:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm