Ermənistan futbolunun rəhbəri ölkədən qaçdı
Bizi izləyin

İdman

Ermənistan futbolunun rəhbəri ölkədən qaçdı

Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyan ölkəni tərk edib.

Publika.az xəbər verir ki, Ayrapetyan İstintaq Komitəsində Smbat Akopyanın döyülməsi işi üzrə dindirildikdən sonra Ermənistanı tərk edib. Bu barədə yerli qəzetlərdən biri xəbər yayıb. Qəzet yazır ki, İstintaq Komitəsi Ayrapetyanın dindirilməsi faktını təsdiqləyib:

"Bizim mənbələrimiz vurğulayır ki, Ayrapetyan müalicə məqsədilə noyabrın ikinci yarısında ölkəni tərk etmək niyyətində olub. Lakin son anda məlum olub ki, o, atası və həyat yoldaşı ilə birgə ölkəni tərk edib".

Sentyabrın 21-də Abovyan küçəsində amansızcasına döyülən Smbat Akopyan bu işin arxasında Ruben Ayrapetyanın olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm