Qalib gələcəyimizə əmin idim - Tomas Tuxel
Bizi izləyin

İdman

Qalib gələcəyimizə əmin idim - Tomas Tuxel

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qəbələ"yə qalib gələn (3:1) "Borussiya"nın (Dortmund) baş məşqçisi Tomas Tuxel oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Tuxel oyunda qalib gələcəklərinə əmin olduqlarını deyib:

- Oyunun əvvəllərində rəqib bir çox qol vəziyyəti yarartdı. Bunun səbəbi nə idi?
- Buna səbəb rəqibin yaxşı oyunu idi. Onlar sürətli hücumlar qururdular. Oyunun əvvəllərində çox zəif oynadıq. Ancaq sonradan toparlandıq.

- Sizcə, oyunun ilk dəqiqələrində "Qəbələ" fərqlənsəydi, belə rahat qələbə qazana bilərdiz? Bir də, ilk dəqiqələrdə zəif oyununuz "Qəbələ"yə zəif rəqib kimi yanaşmaqla bağlı deyildi ki?
- Oyunda qalib gələcəyimizə əmin idik. Düzdü, ilk dəqiqələrdən zəif təsir bağışladıq, ancaq sonradan toparlanmağı bacardıq. Əlbəttə, qol vurulsaydı, işimiz çətin olacaqdı. Belə oyunlarda xüsusilə ilk qol əhəmiyyətlidi. Bizim "Qəbələ"yə böyük hörmətimiz var. Rəqib yaxşı komanda idi.

- Müəyyən səbəblərdən Mxitaryan bu oyunda iştirak etmədi. Belə bir deyim var "qalib heyəti dəyişməzlər". "Qəbələ"ylə növbəti oyunda Mxitaryan çıxış edəcək?
- Bəli. Əmin ola bilərsiz ki, Mxitaryan növbəti oyunda çıxış edəcək.

- "Qəbələ"nin hansı futbolçusunun oyununu bəyəndiz? Sizcə, "Qəbələ"nin oyunçularından hansısa Bundesliqada oynaya bilər?
- Kimisə fərqləndirməyim ədalətsizlik olardı. Mən "Qəbələ"nin 2-3 oyununu izləmişəm. Buna əsasən, komandanın Bundelsiqada çıxış edib etməyəcəyini demək çətindi. Ancaq komandanın qapıçısını və 10 nömrəli futbolçunun adını çəkə bilərəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm