Kikboksçular jurnalistlər qarşısında “imtahan verdi” – FOTO
Bizi izləyin

İdman

Kikboksçular jurnalistlər qarşısında “imtahan verdi” – FOTO

Oktyabrın 26-dan noyabrın 1-dək Serbiyanın paytaxtı Belqradda Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək. 2 ildən bir təşkil olunan bu mötəbər turnirdə Azərbaycan 25 idmançı ilə təmsil olunacaq. Bu münasibətlə yığmanın üzvləri və məşqçi heyəti jurnalistlərlə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, konfransda kikboks sayəsində bir çox tanınan simalar da olub. İdmançılarımızın jurnalistlər üçün açıq məşq prosesi də baş tutub.

Tədbirdə çıxış edən baş məşqçi Elşən Əbdülrəhmanov bir çox idmançıların uğur qazanacağına inandığnı deyib və yaxşı nailiyyətlərlə vətənə qayıdacaqlarını bildiriblər. Onu da söyləyib ki, sabah səhər 08:00-dan etibarən hər kəs hava limanında olacaq. Tezdən yola düşəcəklər.

Qeyd edək ki, idmançılarımız bu yarışa federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, Sadıq Sadıqov, baş məşqçi Elşən Abdulrəhimov, məşqçilər Hikmət Hacıyev, Telman Məhərrəmov, Fuad Sayadov, Sani Cabbarov, Kamran Əşrəfzadə və Rövşən Hacıyevin rəhbərliyi altında yollanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm