Millimizin üzvü “Barsa”ya qarşı oynadı
Bizi izləyin

İdman

Millimizin üzvü “Barsa”ya qarşı oynadı

İspaniya La Liqasında 9-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.

Publika.az xəbər verir ki, sözügedən klub səfərdə "Barselona" ilə qarşılaşıb. Futbolçumuzun şərəfini qoruduğu komanda hesabı açan tərəf olsa da, bu görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb. İsrafilov matçın 46-cı dəqiqəsindən etibarən meydana çıxıb. O, 90-cı dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.

Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm