Dövlətin müdaxiləsinə görə MOK cəzalandı
Bizi izləyin

İdman

Dövlətin müdaxiləsinə görə MOK cəzalandı

Küveyt Milli Olimpiya Komitəsi fəaliyyətinə hökumətin müdaxiləsi üzündən diskvalifikasiyaya məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar qəbul edib.

Qərardan apellyasiya üçün oktyabrın 27-dək vaxt verilib. İOC-un qərarı qüvvədə saxlanılsa, Küveyt idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəni təmsil edə bilməyəcəklər. Daha öncə Küveyt Futbol Assosiasiyası da eyni səbəbdən FİFA-nın cəzası ilə üzləşib. Ölkənin milli komandası və klubları ali futbol qurumu və Asiya Futbol Konfederasiyasının bayrağı altında keçirilmiş turnirlərdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Küveyt komandasının 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da iştirakı sual altına düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm