İdman
Dünya çempionumuz: “Hər şey vətən üçün!” - FOTOLAR
Serbiyanın paytaxtı Belqradda Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilir. Noyabrın 26-da start götürən yarış noyabrın 1-dək davam edəcək. 2 ildən bir təşkil olunan bu mötəbər turnirdə Azərbaycan 25 idmançı ilə təmsil olunur.
Dünya çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri də kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovdur. O, bu yarışa həm məşqçi, həm də idmançı kimi qatılıb.
Publika.az xəbər verir ki, 5 qat dünya çempionu dünən ilk döyüşünü keçirib. Məcidovun birinci döyüşü uğurlu bitib və o, rəqibinə qalib gəlib. AKF-nin gənclər və yeniyetmələr üzrə milli komandanın baş məşqçisi, təcrübəli idmançı döyüşlə bağlı fikirlərini bildirib:
“Serbiyanın Belqrad şəhərində keçirilən WAKO üzrə dünya çempionatında ilk döyüşümdə çox təcrübəli idmançı, son dünya və Avropa çempionu macar Peter Bayer üzərində qələbə qazandım. Döyüş çox çətin keçdi. 4 il ağır zədə üzündən yarışlardan uzaq qaldığım bir vaxtda ilk döyüşüm təcrübəli idmançı ilə olduğu üçün yüngül zədələrim oldu. Buna baxmayaraq, yarışa davam edirəm. Hər şey vətən üçün!”.
Aygün
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları