Azərbaycanlı döyüşçü: “Övladlarım üçün çox darıxıram”
Bizi izləyin

İdman

Azərbaycanlı döyüşçü: “Övladlarım üçün çox darıxıram”

Serbiyanın paytaxtı Belqradda Kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilir. Dünya çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri də kikboksçu Elnur Əliyevdir. O, ölkəmizi 84 kq çəki dərəcəsində təmsil edəcək.

2 qat dünya çempionu kikboksçu rəqibləri haqda Publika.az-a danışdı. Elnur Əliyev bildirdi ki, heç kimdən qorxmur, 3-cü dəfə bu titula layiq görülmək üçün əlindən gələni edəcək.

- Dünən döyüşünüz olmalı idi, baş tutmadı?

- Bu gün döyüşəcəyəm. Hələ ki dincəlirəm. Görüş bir neçə saat sonra baş tutacaq...

- Neçə döyüş keçirəcəksiniz?

- Bu gün bir döyüşüm olacaq. İnşallah, qalib gəlsəm, qarşıda məni 4 görüş gözləyir. Hər günə bir döyüş... Qeyd edim ki, mən 84 kq çəkidə “kiklayt” stilində vuruşacam.

- Rəqibləriniz haqda nə düşünürsünüz?

- Rəqibim dünya kubokunun qalibidir. Bolqar idmançıdır. Qələbə qazansam İtaliya və Xorvatiya cütlüyünün qalibi ilə görüşəcəyəm. Bilirsiniz ki, WAKO dünya çempionatında zəif rəqib olmur. Biz də zəif deyilik. Mən döyüşdüyüm çəkidə 2 dünya çempionu, 1 Avropa və Dünya kubokunun qalibi var. Çalışacağam medalsız qayıtmayım.

- Gözünüzü hansı rəqib qorxudur?

- (gülür) Qorxu yoxdur, heç vaxt da olmayıb. Sadəcə məsuliyyət var. Onu da deyim ki, ən güclü rəqibim Fransa idmançısıdır. Qismət olarsa, onunla yarımfinalda görüşəcəyəm.

- Bu yarışda qalib gəlmək sizə nə qazandıracaq?

- 3-cü dəfə dünya çempionu olub, bayrağımızı qaldırmaq istəyirəm.

- Özünüzə inanırsız?

- Əlbəttə inanıram... Bunun üçün çıxıram döyüşə...

- WAKO-da neçənci çıxışınızdır?

- Bu günə qədər WAKO-da çempionluq yaşamamışam. İnşallah ilk olacaq. Amma WPKA və Kombat liqanın dünya çempionu olmuşam.

- Başqa ölkədəsiniz. Hələ noyabrın 1-dək ailədən, vətəndən dostlardan uzaq olacaqsız. Azərbaycanda ən çox kimin üçün darıxırsınız?

- Ailəm üçün... Ən çox da Elmirim və Ömərim üçün... Axı ailəmdə məndən başqa da 2 idmançı, Azərbaycan əsgəri yetişir...

- Qalib gələcəyiniz təqdirdə federasiya rəhbərliyi hansısa mükafat vəd edib? Sirr deyilsə, açıqlaya bilərsiz?

- Bildiyiniz kimi federasiyamızın rəhbəri Adil Əliyevin qayğısı daim üzərimizdədir. Biz bunu daim görürük, hiss edirik. Federasiyamızın rəhbəri WAKO dünya çempionlarını hər il qəbul edir. Bu da prezidentimiz cənab İlham Əliyevin idmana qayğısından qaynaqlanır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm