Bahodir Nasimovlu Özbəkistan favoritlər arasında
Bizi izləyin

İdman

Bahodir Nasimovlu Özbəkistan favoritlər arasında

Bahodir Nasimovlu Özbəkistan favoritlər arasında

2015-ci ildə Avstraliyada keçiriləcək Asiya çempionatının final mərhələsinin püşkatmasından əvvəl komandaların qərarlaşdığı səbətlər müəyyənləşib.

Publika.az xəbər verir ki, Özbəkistan millisi 1-ci səbətdə yer alıb. Bu isə o deməkdir ki, “Neftçi”nin futbolçusu Bahodir Nasimovun da şərəfini qoruduğu Özbəkistan turnirin iddialı komandalarından olan Avstraliya, İran və Yaponiya ilə bir qrupda yer almayacaq.

Qeyd edək ki, final mərhələsində çıxış edəcək 16 komandadan 15-i artıq məlumdu. Son vəsiqənin sahibi hazırda davam edən “Çağırış kuboku” turnirindən sonra müəyyənləşəcək.

Final mərhələsinin püşkatma mərasimi martın 26-da Sidneydə keçiriləcək. Səbətlərin tərkibini təqdim edirik:

1-ci səbət: Avstraliya, İran, Yaponiya, Özbəkistan

2-ci səbət: Cənubi Koreya, BƏƏ, İordaniya, Səudiyyə Ərəbistanı

3-cü səbət: Oman, Çin, Qətər, İrak

4-cü səbət: Bəhreyn, Küveyt, Şimali Koreya, “Çağırış kuboku”-2014

Oxumağa davam et
Reklam
Reklam

Gündəm