Premyer Liqada ikinci dövrə başlayır
Bizi izləyin

İdman

Premyer Liqada ikinci dövrə başlayır

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrə start götürəcək.

Publika.az xəbər verir ki, 10-cu turun bütün oyunları bu gün keçiriləcək. Turun daha çox maraqla gözlənilən qarşılaşması "Neftçi"ylə "İnter" arasında olacaq. Son vaxtlar biabırçı nəticələrlə gündəmdə olan "Ağ-qaralar"ın "Bankirlər" qarşısında nə edəcəyi maraqla gözlənilir.

Turun digər diqqətçəkən qarşılaşması isə "Zirə" - "Kəpəz" görüşüdür. Hər iki komanda cari mövsümdə uğurlu çıxışı ilə seçilir.

Avroliqa iştirakçıları - "Qarabağ"la "Qəbələ" isə autsayderləri sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası, 10-cu tur

28 oktyabr

17:00 Xəzər Lənkəran - Sumqayıt

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

17:00 Zirə - Kəpəz

Zirə. İdman kompleksinin stadionu

17:00 Qəbələ - AZAL

Qəbələ. Şəhər stadionu

19:00 Qarabağ - Rəvan

Bakı. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu

19:00 Neftçi - İnter

Bakı. "Bakcell Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm