Qurbanovla Qriqorçuk ən yaxşı məşqçilər arasında
Bizi izləyin

İdman

Qurbanovla Qriqorçuk ən yaxşı məşqçilər arasında

Dünyanın ən yaxşı klub məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, planetin ən yaxşı 1000 çalışdırıcısı arasında iki məşqçimizin də adı var.

Ardıcıl iki mövsümdür “Qarabağ”a çempionluq yaşadan Qurban Qurbanov 1379 xalla 451-ci yerdə qərarlaşıb. Həmyerlimiz məşhurlardan Şota Arveladze, Dik Advokaat, Yasek Zelinski, Harri Rednapp, Aleksandr Tarxanov, Ərtoğrul Sağlam, Valter Zenqa kimi tanınmış simaları geridə qoyub.

“Qəbələ”ni cari mövsüm Avropa Liqasının qrupuna çıxaran Roman Qriqorçuk isə 1126 xalla 534-cüdür. Ukraynalı Armin Fe və Roberto Karlos kimi tanınmış mütəxəssisləri qabaqlayır.

Siyahıya ispanlar liderlik edirlər: “Barselona”lı Luis Enrike 18821 xalla 1-ci, “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola 13105 xalla 2-ci, “Sevilya”nın "sükan"çısı Unay Emeri isə 12995 xalla 3-cü yeri təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm