“Azərreyl” Çempionlar Liqasına qələbə ilə başladı - FOTO
Bizi izləyin

İdman

“Azərreyl” Çempionlar Liqasına qələbə ilə başladı - FOTO

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu oktyabrın 28-də Çempionlar Liqası yarışlarında ilk oyununa çıxıb.

“A” qrupunda mübarizə aparan təmsilçimiz Azərbaycan Voleybol Mərkəzində Almaniyanın “Alyants Ştutqart” komandasını qəbul edib.

Polşalı hakim Katarjina Sokolun idarə etdiyi görüşün ilk hissəsində “Azərreyl” hər iki texniki fasiləyə məğlub yollansa da, əzmkar oyun nümayiş etdirərək birinci seti öz xeyrinə başa vura bilib – 25:18.

Görüşdə ikinci set də Bakı təmsilçisinin üstünlüyü ilə başa çatıb. Voleybolçularımız bu setdə rəqibdən 25:23 hesabı ilə üstün olublar.

Üçüncü hissədə də inamı oyun nümayiş etdirən “Azərreyl” rəqibini 25:18 hesabı ilə məğlub edib.

Beləliklə, “Azərreyl” Almaniya təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib.

“A” qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır. Qrupun digər oyunu isə Rusiyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm