Bakıda beynəlxalq konfrans işə başladı
Bizi izləyin

İdman

Bakıda beynəlxalq konfrans işə başladı

Avropa Olimpiya Komitəsinin II Beynəlxalq Konfransı keçirilib.

Publika.az xəbər verir ki, “I Avropa Oyunları – Milli Olimpiya Akademiyaları üçün yeni çağırışdı” mövzusunda baş tutan seminara Almaniya, Estoniya, Ukrayna, Bolqarıstan, Türkiyə, Rumıniya, Çexiya kimi 20-dək ölkənin idman akademiyalarının rektor, professor və direktorları, həmçinin Beynəlxalq Olimpiya Akademiyasının direktoru Qanqas Dionisios qatılıb.

Konfransın əsas məqsədi ictimaiyyətdə olimpiya ideyalarını təbliğ etmək, bunun insanın inkişafındakı rolunu bir daha diqqətə çatdırmaq və olimpiya hərəkatının dünyaya sülh və əmin-amanlıq gətirdiyini vurğulamaq olub.

Konfrans 3 gün davam edəcək. Bu müddət ərzində “Müasir dünyada olimpiya idmanı”, “Şagirdlərin olimpiya təhsili idmanla məşğul olmaq üçün mühüm motivasiyadır”, “Azərbaycan və Beynəlxalq Olimpiya Akademiyaları arasında əlaqələrin möhkəmləndirilməsi” kimi mövzular müzakirə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm