“Barselona”nın ulduzları Türkiyəni türkcə təbrik etdilər - VİDEO
Bizi izləyin

İdman

“Barselona”nın ulduzları Türkiyəni türkcə təbrik etdilər - VİDEO

Bu gün Türkiyə cümhuriyyətinin quruluşunun 92-ci ili qeyd edilir.

Publika.az xəbər verir ki, Türkiyə millisinin üzvü Arda Turanın şərəfini qoruduğu "Barselona" türkləri bir videoçarxla təbrik edib.

Arxa fonda Türkiyənin "10-cu il" marşının səsləndiyi videoda Arda Turanla yanaşı, "Barsa"nın digər ulduz futbolçuları - Dani Alveş, Klaudio Bravo, Adriano və Xordi Alba da yer alıb. Kataloniya klubunun üzvləri Türkiyənin cümhuriyyət bayramını türkcə təbrik ediblər.

Bundan başqa, "Barselona"nın sosial şəbəkələrdəki rəsmi səhifələri də Türkiyənin cümhuriyyət bayramını təbrik edib.

Xatırladaq ki, "Barselona"nın hazırki sponsorları arasında "Beko", "Lassa" və "Avea" kimi türk şirkətləri də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm