“XL” rəsmisi: “Otaqları su basıb, parketlər xarab olub, su boruları partlayıb”
Bizi izləyin

İdman

“XL” rəsmisi: “Otaqları su basıb, parketlər xarab olub, su boruları partlayıb”

Cənub bölgəsində aramsız yağan yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub. Çayın daşması yaxınlıqdakı "Xəzər Lənkəran"ın (XL) mərkəzi stadionuna da ziyan vurub. Nəticədə stadion su altında qalıb.

Stadionun hazırkı vəziyyəti və dəyən ziyanla bağlı “XL”in mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan məlumat alamağa çalışdıq.

Publika.az-a danışan klub rəsmisi stadiona ziyan dəydiyini, lakin çox ciddi olmadığını bildirdi:

“Axşam saatlarında, 18:00-da - işdən çıxdığımız vaxt su artıq çəkilmişdi. Sadəcə, su çəkildikdən sonra yerində lil qatları qalıb. Hazırda stadionun sel tutan ərazisində su yoxdur. Amma palçığı, zığı təmizləmək yağış dayanandan sonraya qalıb. O da haradasa 1 həftə vaxt aparacaq.

Düzdür, stadiona ziyan dəyib. Bəzi otaqları su basıb. Su çəkildikdən sonra baxırıq ki, parketləri xarab edib. Bundan əlavə, su xətlərini dağıdıb. Düzdür, böyük problem deyil, lakin ziyan var…”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm