İdman
2 qat dünya çempionumuz təkqollu doğulan uşağa dəstək oldu - FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-adi doğum hadisəsi baş verib.
Körpəsini dünyaya gətirmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Günel Əliyevanın uşağı təkqollu doğulub.
Körpənin nənəsi Rahilə Əlıyeva doğulan uşağın bir qolunun dirsəkdən aşağı olmadığını deyib.
Publika.az xəbər verir ki, parataekvondo üzrə Avropa və 2 qat dünya çempionu Aynur Məmmədova təkqollu doğulan uşağa laqeyd qalmayıb. O, bir neçə gün öncə sosial şəbəkə vasitəsi ilə bəyan etmişdi ki, bu ailəni tapıb ziyarətə gedəcək. O, sözünün üstə durub, uşağa və ailəsinə baş çəkib.
A.Məmmədova getdiyi evdən şəkilləri paylaşıb və bu barədə belə açıqlama verib:
“Mən verdiyim sözü tutdum. 3 gün öncə doğulmuş körpə qızcığazımız Diləyi görmək üçün evlərini axtarıb tapdım və onu görməyə getdim. Onu da qeyd edim ki, bu uşağı görməkdə məqsədim onun ailəsinə mənəvi dəstək olmaq üçün əlimdən gələni etmək idi.
Daha doğrusu, mənim belə qarşılanacağımı gözləmirdim. Amma onlar məni tanıyandan sonra sevindiklərindən biləmdilər nə etsinlər. Nənəsi mənə dedi ki, Aynur, sən bizim ailəyə bu uşağa görə ilk gələn qonaq oldun və gəlişinlə həyatımıza nur gətirdin.
Nənəsi onu da bildirdi ki, sən gələndən sonra oğlumun bu neçə gündə üzü indi güldü. Şəkildən gördüyünüz kimi, uşağın sağ əli dirsəkdən aşağı yoxdur. Mən onlara özümü tanıtdım ki, baxın mənə və Diləyin gələcəyini indidən görün. Çünki mənim də sağ əlim dirsəkdən aşağı yoxdur. Mən də anadan belə doğulmuşam.
Onlara dedim ki, Dilək gələcəyin bir idmançısıdır. Paralimpiya çempionudur. Mən bu vəziyyətimlə həyatda mərd, əzmkar, iradəli mübarizə apararaq özümü tapmışam, vətənimə layiqli övlad olmuşam. Şükür bu günümə, min şükür.
O uşağa görə heç kim təəssüf etməsin. Amma şəkildən də göründüyü kimi, bu ailə gənc və kasıb bir ailədir, iki qız uşaqları var. Kirayə yaşayırlar. Ata tikintidə fəhlə işləyir. Maaşını vaxtlı-vaxtında ala bilmir. Hətta 3 aya yaxındır ev kirayəsini də ödəyə bilmir. Həqiqətən də bu ailənin mənəvi və maddi dəstəyə ehtiyacı var. Diləyin yaxşı şəraitdə böyüməsi üçün bu ailənin maddi durumu yaxşı deyil.
Mən o uşaq böyüyüncə gücüm çatan qədər əlimdən gələn köməkliyi edəcəyəm. Kimsə bu ailəyə az da olsa kömək etmək istəsə, pis olmazdı. Dünyanın malı dünyada qalır, amma yaxşılıq heç vaxt itmir”.
Qeyd edək ki, Aynur Məmmədova parataekvondo üzrə Avropa və 2 qat dünya çempionu, bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Həmçinin bu yaxınlarda o, Rusiyanın Soçi şəhərində IWAS versiyası üzrə fiziki məhdudiyyətlilərin Dünya Oyunlarının qalibi kimi vətənə qayıdıb.
Aygün İlqarqızı
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu