Olimpiya çempionunu səhv saldılar - Ölümlə hədələdilər
Bizi izləyin

İdman

Olimpiya çempionunu səhv saldılar - Ölümlə hədələdilər

Olimpiya çempionunu səhv saldılar - Ölümlə hədələdilər

“Çelsi”nin fanatları 6 qat olimpiya çempionu Kris Hoyu ölümlə hədələyiblər.

Publika.az xəbər verir ki, londonlu azrkeşlərin İngiltərənin fəxri ilə heç bir problemləri yoxdur. Onlar Kris Hoyu futbol hakimi Kris Foyla səhv salıblar. Məsələ burasındadır ki, İngiltərə çempionatının son turunda “Çelsi” “Aston Villa” ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Qarşılaşmanın baş hakimi Kris Foy “Çelsi”nin qolunu saymayıb, londonluların 2 futbolçusunu isə meydandan qovub. Baş hakim Joze Maurinyonu da ehtiyat oyunçular skamyasından uzaqlaşdırıb.

Oyundan sonra London klubunun azarkeşləri baş hakimə hədə dolu məktublar yazıblar. Amma məktubları səhvən olimpiya çempionunun bloquna göndəriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm