• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bavariya”nı dayandıran tapıldı

  • İdman
  • 1 Noyabr 2015 15:11
  • 318 Baxış
“Bavariya”nı dayandıran tapıldı

Almaniya Bundesliqasında 11-ci tur sensasiyayla başladı.

Publika.az xəbər verir ki, turun ilk oyununda millimizin qapıçısı Emil Balayevin üzvü olduğu "Ayntraxt" evdə cari mövsümdə keçirdiyi bütün oyunları qələbəylə başa vuran "Bavariya"nı qəbul edib. Əvvəlcədən deyək ki, Emilin adı oyunun iştirak ərizəsinə salınmayıb.

Almaniyada hamını düşündürən “Bavariya”nı kim dayandıracaq” sualının cavabının məhz bu oyunda tapılacağı çoxlarının ağlına gəlməzdi. Rəqib Dortmund “Borussiya”sı, “Bayer” və ya heç olmasa “Volfsburq” olsaydı, bəlkə də güman etmək olardı. Amma Frankfurt təmsilçisi qapazaltı olmadı. Sonadək mübarizə apardı və uduzmadı.

Əslində çempion da öz oyununu göstərə bilmədi. Levandovski topu ram etməkdə çətinlik çəkirdi, Duqlas Koştanın qol hissiyatı itmişdi, Noyer yenə səhvlərlə yadda qaldı, hətta baş məşqçi Qvardiola da həmişəki kimi texniki zonada fəal deyildi. Qəribə vəziyyət idi. Sanki münhenlilər qələbə qazanmaq istəmirdi. Sonda Münhen təmsilçisi cari mövsümdə ilk xal itkisini Frankfurtda aldı - 0:0.

Almaniya Bundesliqası, 11-ci tur

30 oktyabr

23:30 Ayntraxt F - Bavariya 0:0

31 oktyabr

18:30 Köln - Hoffenhaym 0:0

18:30 Auqsburq - Maynts 3:3

Verhaeq, 42-pen. Ya-Çol Ko, 50. Bobadilla, 82 - Muto, 18; 30; 93.

18:30 Herta - Borussiya M 1:4

Baumyohan, 82-pen - Vendt, 26. Raffael, 28. Xaka, 54-pen. Nordtvayt, 91.

18:30 Şalke - İnqolştadt 1:1

Sane, 77 - Levels, 39.

18:30 Verder - Borussiya D 1:3

Uya, 32 - Roys, 9; 72. Mxitaryan, 44.

21:30 Volfsburq - Bayer L 2:1

Bendtner, 34. Draksler, 77 - Çiçarito, 41.

1 noyabr

18:30 Ştutqart - Darmştadt

20:30 Hamburq - Hannover

Xəbər lenti

DAHA ÇOX XƏBƏR