İdman
“Qarabağ” – “Monako” oyununun biletləri sabahdan satışda – VİDEO
"Qarabağ" - "Monako" qarşılaşmasının biletləri satışa çıxır.
Publika.az xəbər verir ki, Avropa Liqasının qrup məhələsinin 4-cü turu çərçivəsində Fransa təmsilçisini qəbul edəcək "Köhlən atlar" doğma divarlar arasında ikinci oyununa çıxacaq.
"Qarabağ" - "Monako" oyununun biletləri noyabrın 2-də, saat 10:00-dan etibarən matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılacaq.
Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 2, 3, 5, 10 və 20 AZN-dir. VİP sektora biletlərin qiyməti isə 50 AZN-dir.
"Qarabağ" Futbol Klubu rəsmi saytında azarkeşlərdən biletləri sadəcə kassalardan əldə etməyi xahiş edib. Belə ki, biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılacaq.
"Qarabağ" - "Monako" matçı noyabrın 5-də, saat 20:00-da start götürəcək.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO