Türkiyədən gələn 7 medalın "sirri"
Bizi izləyin

İdman

Türkiyədən gələn 7 medalın "sirri"

Türkiyədən gələn 7 medalın "sirri"

Türkiyənin Antalya şəhərində təşkil olunmuş gənc cüdoçuların Avropa çempionatı başa çatıb. Millimiz yarışa 43 idmançı ilə yollanıb. Azərbaycan millisinin üzvlərindən 7 nəfəri medal qazanıb.

Publika.Az-ın məlumatına görə, komandamızın üzvlərindən Hidayət Heydərov (66 kq), Samir Ağayev (73 kq) və Leyla Əliyeva (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Finalda məğlub olan Murad Heydərli (60 kq), Eldar Sultanov (66 kq) və Musa Şəkərəliyev (90 kq) gümüş medalla kifayətlənməli olublar.

60 kq-da mübarizə aparan Rüfət Tağızadə isə üçüncü yerdə qərarlaşıb .

Məlumat üçün bildirək ki, yığmamız komanda hesabıyla yarışı 16 ölkə içərisindən 2-ci olaraq tamamlayıb. Millimiz Rusiyadan geri qalıb. Rusiyanın aktivində 7 qızıl, 8 gümüş, 12 bürünc medal var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm