• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pəhləvanlarımız Avropa Millətlər Kubokunda yarışacaq

  • İdman
  • 2 Noyabr 2015 15:24
  • 186 Baxış
Pəhləvanlarımız Avropa Millətlər Kubokunda yarışacaq

Noyabrın 6-8-də Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Polşa, Almaniya yığmaları iştirak edəcək.

Publika.az xəbər verir ki, artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı müəyyənləşib. Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 25 güləşçi qoruyacaq.

İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb. Qadın güləşçilərin yarışında noyabrın 6-da qrup görüşləri, 7-də isə final görüşləri olacaq. Yığmamız Rusiya, Ukrayna, Belarus, Polşa və Türkiyə komandaları ilə yarışacaq.

Sərbəst güləş yığmamız Moskvada məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 9 güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında ölkəmizi Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək.

Sərbəst və yunan-Roma güləşi üzrə yarışlarda noyabrın 7-də qrup görüşləri, 8-də isə final görüşləri keçiriləcək. Sərbəst güləşçilərimiz Rusiya, Türkiyə, Gürcüstan, Belarus və Polşa komandaları ilə, yunan-Roma güləşçilərimiz isə Rusiya, Ukrayna, Almaniya, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçiriləcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR