İdmançı faciəli şəkildə öldü - FOTOLAR
Bizi izləyin

İdman

İdmançı faciəli şəkildə öldü - FOTOLAR

İdmançı faciəli şəkildə öldü - FOTOLAR

18 yaşlı idmançı beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Publika.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qazaxıstanın “Astana” velokomandasının şərəfini qoruyan Erlan Pernebekov Ekvadorda keçirilən təlim-məşq toplanışı zamanı ölüb.

Deyilənlərə görə, Pernebekov növbəti məşqdən sonra- martın 14-də kəskin baş ağrısından şikayət edib. Buna görə dostları və komanda üzvləri idmançını xəstəxanaya aparıb.

Velosipedçini süni komaya salıblar, lakin bu ona kömək etməyib. 18 yaşlı idmançı qansızmadan dünyasını dəyişib.

Həkimlər olayla bağlı açıqlama veriblər. Onların sözlərinə görə, gənc idmançının beynində damar partlayıb və bu da qansızmaya səbəb olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm