Eto'Odan şok etiraf: “Maurinyoya nifrət edirdim”
Bizi izləyin

İdman

Eto'Odan şok etiraf: “Maurinyoya nifrət edirdim”

Eto'Odan şok etiraf: “Maurinyoya nifrət edirdim”

"Çelsi"nin futbolçusu Samuel Eto'O baş məşqçisi Joze Maurinyo haqda ilginc fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, kamerunlu hücumçu mətbuata verdiyi açıqlamada Maurinyo ilə şəxsi tanışlığına qədər ona nifrət etdiyini bildirib:

"Onun çalışdırdığı heç bir komandada oynamayacağımı söyləmişdim. Maurinyoya nifrət edirdim. Ancaq şəxsən tanış olduqdan sonra yanlış düşündüyümü anladım. Hazırda onunla çox yaxşı dostuq".

Qeyd edək ki, Eto'O “Çelsi”dən əvvəl də Maurinyo ilə işləyib. O, 2009-cu ildə “Barselona”dan “İnter”ə keçib və portuqaliyalı mütəxəssisin rəhbərliyi altında titular qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm