Prezidentə ağır cəza verildi
Bizi izləyin

İdman

Prezidentə ağır cəza verildi

Prezidentə ağır cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Lokomotiv” – “Mil-Muğan” matçında “Lokomotiv”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Mil-Muğan” klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir etdiyinə və onlara fiziki təsir göstərməyə cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin “Mil-Muğan” klubunun iştirakı ilə keçirilən matçlarda stadiona girişinə qadağa qoyulub.

“Neftçala” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 19-cu dəqiqəsində “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlşadırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Ağsu” – “Turan-T” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 7-ci dəqiqəsində “Turan-T” klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Bakılı” – “Karvan” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Elvin İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm