"Aslan" Avropadan getdi, "Kral" yoluna davam etdi
Bizi izləyin

İdman

"Aslan" Avropadan getdi, "Kral" yoluna davam etdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam etdirilib. Bu gecə daha iki 1/4 finalçı müəyyənləşib.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam etdirilib. Bu gecə daha iki 1/4 finalçı müəyyənləşib.

"Qalatasaray" Londonda "Çelsi"nin qonağı olub. Bu komandalar arasında İstanbulda baş tutan oyun 1:1 hesabı ilə yekunlaşmışdı. "Stamford Bric"dəki qarşılaşmada isə "Çelsi" 2:0 hesabı ilə qazanıb. 4-cü dəqiqədə Samuel Eto`O Oskarın ötürməsini qola çevirərək hesabı açıb. 42-ci dəqiqədə isə Hari Kahill matçın ikinci və sonuncu qoluna imza atıb. Bununla da "Çelsi" 1/4 finala vəsiqə əldə edib. "Qalatasaray"ın isə bu mövsümlük Avropa macərası başa çatıb.

Günün digər oyununda isə "Real" "Şalke 04"ü qəbul edib. Bu komandalar arasında Almaniyada baş tutan ilk oyunda "Kral Klubu" 6:1 hesablı qələbə qazanmışdı. Madrid təmsilçisi evdəki matçda da rəqibinə şans verməyib - 3:1. Hesabı 21-ci dəqiqədə Qaret Beylin ötürməsini qola çevirən Kriştiano Ronaldo açıb. Cəmi 10 dəqiqə sonra Tim Hooqland bərabərliyi təmin edib. 74-cü dəqiqədə Ronaldo dublunu rəsmiləşdirib. Bir dəqiqə sonra Alvaro Morata "Real"ın üçüncü qolunu vurub.

Qeyd edək ki, 1/4 finalın 4 iştirakçısı ötən həftə müəyyənləşib. "Barselona" "Mançester Siti"ni (2:0, 2:1), PSJ "Bayer"i (4:0, 2:1), "Bavariya" "Arsenal"ı (2:0, 1:1), "Atletiko" isə "Milan"ı (1:0, 4:1) mübarizədəni kənarlaşdıraraq mərhələ adlayıb. 1/8 finalın son iki matçı bu gün baş tutacaq: "Borussiya" - "Zenit" (ilk oyun - 4:2), "Mançester Yunayted" (ilk oyun - 0:2).

Çempionlar Liqası

1/8 final

Cavab oyunları

18 mart

Çelsi (İngiltərə) - Qalatasaray (Türkiyə) 2:0

Qollar: Samuel Eto`O, 4. Hari Kahill, 42.

Çelsi: Petr Çex, Branislav İvanoviç, Hari Kahill, Con Terri, Cesar Azpilikueta, Ramires, Frank Lempard, Oskar (Andre Şkürrle, 82), Eden Hazard, Villian (Tomaş Kalas, 90+3), Samuel Eto`O (Fernando Torres, 85).

Ehtiyat oyunçular: Mark Şvarzer, David Luiz, Con Obi Mikel, Demba Ba.

Baş məşqçi: Joze Mourinyo.

Qalatasaray: Fernando Muslera, Aleks Telles, Aurelien Çedyu, Semih Kaya, Emmanuel Ebue (İzet Hayroviç, 77), Felipe Melo, Selcuk İnan, Uesli Sneyder, Yekta Kurtuluş (Hakan Balta, 67), Didye Droqba, Burak Yılmaz (Umut Bulut, 54).

Ehtiyat oyunçular: Ufuk Ceylan, Guillermo Burdisso, Sabri Sarıoğlu, Ceyhun Gülselam.

Baş məşqçi: Roberto Mançini.

Sarı vərəqələr: Oskar, 40. Branislav İvanoviç, 58 - Felipe Melo, 19. Didye Droqba, 68. Selcuk İnan, 90+1.

Baş hakim: Feliks Brix (Almaniya).

London. "Stamford Bric" stadionu.

23.45 Real (İspaniya) - Şalke 04 (Almaniya) 3:1

Qollar: Kriştiano Ronaldo, 21; 74. Alvaro Morata, 75 - Tim Hooqland, 31.

Real: İker Kasilyas, Rafael Varane, Serxio Ramos (Daniel Karvajal, 70), Fabio Koentrao, Naço Fernandes, Xabi Alonso (Kasemiro, 46), İsko, Asyer İllarramendi, Kriştiano Ronaldo, Jese Rodriges (Qaret Beyl, 8), Alvaro Morata.

Ehtiyat oyunçular: Xesus Fernandes, Pepe, Marselo, Angel Di Maria.

Baş məşqçi: Karlo Ançelotti.

Şalke 04: Ralf Fahrmann, Tim Hooqland, Benedikt Hovedes (Kiriakos Papadopulos, 58), Coel Matip, Sead Kolasinaç, Maks Meyer, Julian Draksler, Kaan Ayhan (Antoni Annan, 81), Roman Neustadter, Çinedu Obasi, Klaas Jan Huntelaar (Adam Szalay, 46).

Ehtiyat oyunçular: Timo Hildebrand, Filip Maks, Leon Qoretzka, Kevin-Prinse Boatenq.

Baş məşqçi: Yens Keller.

Sarı vərəqələr: Asyer İllarramendi, 58 - Kiriakos Papadopulos, 79.

Baş hakim: Sergey Karasev (Rusiya).

Madrid. "Santiaqo Bernabeu" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm