PSJ-nin tükənməyən sərvəti var
Bizi izləyin

İdman

PSJ-nin tükənməyən sərvəti var

PSJ-nin tükənməyən sərvəti var

"France Football" dərgisi Fransada ən çox qazanan futbolçuların siyahısını açıqlayıb. Publika.az xəbər verir ki, arşdırmalar nəticəsində Zlatan İbrahimoviçin ən çox qazanan oyunçu olduğu müəyyənləşib.

İsveçli futbolçunun təmiz maaşı 18 milyon avrodu. Çempionluq uğrunda mübarizə aparan və turnir cədvəlinə liderlik edən RSJ-nin uğurlarında böyük pay sahibi olan isveçli ulduz cari mövsümdəki 29 oyunda 25 qola imza ataran bombardirlər cədvəlinə başçılıq edib. İbra cari mövsümdə ümumilikdə 40 qol vuraraq Paris klubunun heyətində bir mövsümdə ən çox qol vurmuş oyunçu olub.

İbrahimoviçi komanda yoldaşı Tyaqo Silva izləyir. Braziliyalı oyunçunun təmiz maaşı 15 milyon avrodu. Zədə səbəbindən bir müddətdi oynamayan Radamel Falkao ilk "üçlüy"ü qapayır. "Monako"nun kolumbiyalı üzvünün maaşı 14 milyon avrodu.

İlk "onluq"da PSJ-nin 7 üzvü yer alıb. İki futbolçu "Monako"nu, bir nəfər isə Lion "Olimpik"ini təmsil edir.

1. Zlatan İbrahimoviç (PSJ) - 18 milyon avro

2. Tyaqo Silva (PSJ): 15 milyon avro

3. Radamel Falkao (Monako): 14 milyon avro

4. Blayse Matuydi (PSJ): 12 milyon avro

5. Edinson Kavani (PSJ): 10 milyon avro

6. Yohan Kourkuff (Olimpik Lion): 7,6 milyon avro

7. Tyaqo Motta (PSJ): 6,6 milyon avro

8. Ezekuiel Lavezzi (PSJ): 6,6 milyon avro

9. Ceyms Rodriges (Monako): 6 milyon avro

10. Maksvell (PSJ): 5,5 milyon avro

Oxumağa davam et
Reklam
Reklam

Gündəm