"Neftçi" 1 milyon dollara aldığı hücumçunu icarəyə verdi
Bizi izləyin

İdman

"Neftçi" 1 milyon dollara aldığı hücumçunu icarəyə verdi

"Neftçi" 1 milyon dollara aldığı hücumçunu icarəyə verdi

Hollandiyanın "Neymegen" klubundan "Neftçi"yə transfer olunan, amma burada ümidləri doğrulda bilməyən Melvin Platye paytaxt təmsilçisindən ayrılıb. Publika.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bakılılarla müqaviləsi hələ davam edən holland hücumçu bundan sonra karyerasını İsveç çempionatında davam etdirəcək.

O, bu ölkənin "Kalmar" klubuna keçib. Azərbaycan çempionu hücumçusunu İsveç klubuna 6 aylığa icarəyə verib. Ümidləri doğruldacağı halda, Platyenin 6 aydan sonra yenidən "Neftçi"yə qayıtması istisna olunmur.

Qeyd edək ki, "ağ-qaralar"ın daha bir legioner futbolçusu - Julius Vobay da Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şabab" klubunda icarə əsasında çıxış edir.

Onu da vurğulayaq ki, Hollandiya mətbuatı Platyenin transferi üçün “Neftçi”nin 1 milyon dollar xərcələdiyini yazmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm