• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qarabağ”la “Qəbələ” arasında kubok “savaş”ı

  • İdman
  • 19 Mart 2014 10:52
  • 928 Baxış
“Qarabağ”la “Qəbələ” arasında kubok “savaş”ı

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Publika.az xəbər verir ki, oyunların 1-i bölgədə, 3-ü isə paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında "Rəvan" "Bakı" ilə üz-üzə gələcək. Növbəti qarşılaşma Lənkəranda keçiriləcək. "Araz Naxçıvan" səfərdə "Xəzər Lənkəran"la üz-üzə gələcək. Premyer Liqanın lideri "Qarabağ" 3-cü yerdə gedən "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Mərhələnin son oyununda isə iki paytaxt təmsilçisi - "Neftçi" və "İnter" üz-üzə gələcək.

Azərbaycan Kuboku

1/4 final (cavab oyunları)

19 mart

14:00. BAKI - RƏVAN (ilk oyun - 1:0)

Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

16:00. XƏZƏR LƏNKƏRAN - ARAZ NAXÇIVAN (1:1)

Lənkəran. “Xəzər Lənkəran”mərkəzi şəhər stadionu.

17:00. QARABAĞ - QƏBƏLƏ (0:0)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

19:00. NEFTÇİ - İNTER (1:1)

Bakı. "Bakcell Arena".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR