Beyl “Barsa”dan qorxmur
Bizi izləyin

İdman

Beyl “Barsa”dan qorxmur

Beyl “Barsa”dan qorxmur

"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl İspaniya La Liqasının 29-cu turu çərçivəsində qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Publika.az xəbər verir ki, uelsli futbolçu klubun rəsmi saytına açıqlamasında "Barselona"dan qorxmadığını bildirib: "Biz çox yaxşı oyun nümayiş etdiririk və əla formadayıq.

Artıq "Barselona" ilə oyun haqda düşünürük. Onlar bizim əsas rəqibimizdir və bu oyunda 3 xal qazanmaq niyyətindəyik.

Rəqibin heyətində kifayət qədər güclü futbolçular çıxış edir. Ancaq biz onlardan qorxmuruq, çünki həmin futbolçulardan bizdə də var".

Qeyd edək ki, "Real" - "Barselona" oyunu martın 24-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm