İtkin düşmüş stüardın qızına dəstək – “Liverpul”dan – FOTO
Bizi izləyin

İdman

İtkin düşmüş stüardın qızına dəstək – “Liverpul”dan – FOTO

İtkin düşmüş stüardın qızına dəstək – “Liverpul”dan – FOTO

 "Liverpul"la  "Mançester Yunayted" matçının (3:0) gedişində Malayziyaya məxsus, itkin düşmüş "Boinq" təyyarəsində çalışan stüardın qızı Mayra Nari öz "twitter" səhifəsində atasının tezliklə qayıtmasını xahiş edən yazı paylaşıb.

 

"Qırmızılar"ın rəsmi "tvitter" səhifəsi  azarkeşə cavab yazmaqla onu bütün dünyada məşhur edib. Hal-hazırda onun  "twitter" hesabını 44 min insan oxuyur.

 

Mayra "twitter" səhifəsində yazıb: "Liverpul" qalib gəlir. Ata, evə qayıt və oyunu izlə. Sən heç zaman "Liverpul"un oyununu buraxmamısan. İndi isə ilk dəfədir ki, baxmırsan".

 

"Liverpul"un rəsmi "tvitter" səhifəsində Mayraya cavab yazılıb: "Sən bil ki, biz sənin atan və MH370 reysinin göyərtəsində olan digərləri haqqında düşünürük. Güclü ol. Sən heç zaman yalnız olmayacaqsan".

 

Camalə 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm