Azərbaycan millisi dünyanın 10 ən güclü komandası arasında
Bizi izləyin

İdman

Azərbaycan millisi dünyanın 10 ən güclü komandası arasında

Azərbaycan millisi dünyanın 10 ən güclü komandası arasında

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Publika.az xəbər verir ki, cədvəldə dünyanın 152 yığması yer alıb.

Bu komandalardan 106-sı əsas siyahıya daxil edilibsə, 46 milli son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb. Hesabında 1391 xal olan Azərbaycan yığması irəliləyişə nail olub. Ötən reytinq cədvəlində 11-ci olan millimiz mövqeyini 1 pillə yaxşılaşdırıb.

10 ən güclü sırasına düşən yığmamız ötən dəfə 9-cu olan Paraqvayın 4 pillə geriləməsindən sonra yüksəlib. Millimiz 9-cu olan Yaponiyadan da cəmi 5 xal geri qalır.

1. Braziliya - 1955

2. İspaniya - 1915

3. İtaliya - 1771

4. Rusiya - 1739

5. Portuqaliya - 1616

6. Argentina – 1597

7. İran - 1589

8. Ukrayna - 1460

9. Yaponiya - 1396

10. AZƏRBAYCAN - 1391

Oxumağa davam et
Reklam
Reklam

Gündəm