“Xəzər Lənkəran” yarımfinalda
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” yarımfinalda

“Xəzər Lənkəran” yarımfinalda

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Publika.az xəbər verir ki, artıq iki oyun başa çatıb. "Rəvan"ın ilk yarımfinalçı olması barədə məlumat vermişik. Növbəti qarşılaşma Lənkəranda baş tutub və "Xəzər Lənkəran" "Araz Naxçıvan"ı qəbul edib.

Bu komandalar arasında Muxtar Respublikada keçirilən ilk matçda qələbəni son dəqiqələrdə ələn verən (1:1) lənkəranlılara mərhələ adlamaq üçün qələbə və qolsuz heç-heçə sərf edirdi.

Mustafa Dənizlinin yetirmələri bu vəzifənin öhdəsindən minimal hesablı qələbə ilə gəliblər - 1:0. Mbilla Etamenin 25-ci dəqiqədə vurduğu qol "Xəzər Lənkəran"ı yarımfinala çıxarıb.

Xəzər Lənkəran - Araz Naxçıvan 1:0

Qol: Mbilla Etame, 25.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 5. Tyeqo, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame, 27. Manuel Skarlatake, 30. Elias.

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 11. Zohair Benouahi, 12. Junior Nildo, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.

Baş məşqçi: Mustafa Dənizli.

Araz Naxçıvan: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 3. Əlimirzə Daşzərini, 6. Mikayıl Rəhimov, 9. İrfan Yuseyinov, 10. Eşqin Quliyev (k), 14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 21. David Canalidze.

Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 8. Elmin Çobanov, 11. Fərid Quliyev, 15. Elgün Abbaslı, 22. Əziz Hüseynov, 25. Elgiz Kərimli, 94. Tural Hümbətov.

Baş məşqçi: Əsgər Abdullayev.

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov.

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Əli Hüseynov.

"Xəzər Lənkəran" mərkəzi şəhər stadionu. Saat 16.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm