Şəhriyar Məmmədyarov qələbə qazandı
Bizi izləyin

İdman

Şəhriyar Məmmədyarov qələbə qazandı

Şəhriyar Məmmədyarov qələbə qazandı

Rusiyanın Xantı-Mantiysk şəhərində dünya şahmat tacına namizədlərin turniri davam edir. ANS PRESS-in məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 6-cı turda rus şahmatçısı Petr Svidlərlə münasibətlərinə aydınlıq gətirib. Görüş qrossmeysterimizin qəbləbəsilə başa çatıb.

Turun digər görüşlərində isə Topalov Kramniki məğlub edib. Anand Karyakinlə, Levon Aronyan isə Dmitri Andreykinlə heç-heçə oynayıb. 6 turdan sonra turnir cəvəlinə hindistanlı şahmatçı Vişvanatan Anand (4 xal) başçılıq edir. Aronyan 3,5 xalla ikinci, Şəhriyar Məmmədyarov, Veselin Topalov, Kramnik, Svidler hərəyə 3 xalla 3-6-cı yerıləri bölüşüürlər. Karyakin 2,5 xalla sonuncu yerdədir. Turnirdə növbəti turun görüşləri martın 21-də oynanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm