Kasilyasdan yeni rekord
Bizi izləyin

İdman

Kasilyasdan yeni rekord

Kasilyasdan yeni rekord

"Real"ın qapıçısı İker Kasilyas rekord qırmaqda davam edir. Publika.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə cavab qarşılaşmasında Madrid klubunun qapısını qoruyan təcrübəli qolkiper bu turnirdə ümumilikdə 12 min 37 dəqiqə meydanda olmağı bacarıb.

Bununla da o, turnirin tarixində ən uzun müddət meydanda olmuş futbolçuya çevrilib. Kasilyas bu sahədə elə keçmiş "Real"lı Raul Qonzalesin rekordunu (11 min 999 dəqiqə) qırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm