Türklər Mançinini yıxıb-sürüdü
Bizi izləyin

İdman

Türklər Mançinini yıxıb-sürüdü

Türklər Mançinini yıxıb-sürüdü

"Çelsi" - "Qalatasaray" oyunu Didye Droqbanın vida matçı kimi idi. "Qalatasaray"ın "Çelsi" qarşısında heç bir reaksiya göstərməməsini anlaya bilmədim. Texniki zonadan Fatih Terimin qışqırtısına ehtiyac var idi. Futbolçuları oyuna kökləmək lazım idi. Belə olmaz". Publika.az xəbər verir ki, bu sözləri türk şərhçis Mehmet Demirkol deyib.

"Qalatasaray"ın "Çelsi"yə 0:2 hesablı məğlubiyyətindən sonra komandanı və baş məşqçi Roberto Mançinini tənqid edənlərdən biri də Arif Erdem olub. "Cim-Bom"un sabiq ulduzu komandanın meydanda heç nə göstərə bilmədiyini bildirib: "Qalatasaray" Super Liqadakı enişli-yoxuşlu çıxışını burda da davam etdirdi. Hesabda geri düşə bilərsiniz, amma komanda reaksiya verməlidi. "Qalatasaray"ın ən böyük özəlli də budu - heçdən nəsə yaratmaq, ruhdan düşməmək, mümkünsüzü başarmaq. Komanda əsl "Qalatasaray" kimi oynasaydı, belə zəif "Çelsi"ni sıradan çıxara bilərdi. Meydanda sadəcə Melo və Muslera var idi".

Arif Ərdəm Joze Mourinyonun Roberto Mançini haqqında səsləndirdiyi fikirləri dəstəkləyib: "Mourinyo demişdi ki, "Mançini tez-tez dəyişiklik edir, onun fikirlərini oxumaq mümkün deyil". Düz deyir, haqlıdı. Mançini "Mançester Siti"ni zorla, son saniyələrdə çempion etdi. O qədər oyunçu aldı, heyətdəki yüksək səviyyəli futbolçulara rəğmən hər şey sonda həll olundu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm