İspaniya derbisi və yenidən "Real" - "Borussiya"
Bizi izləyin

İdman

İspaniya derbisi və yenidən "Real" - "Borussiya"

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mərasimdə Avropanın 8 ən güclü komandasını bir-birinə rəqib olub.

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mərasimdə Avropanın 8 ən güclü komandasını bir-birinə rəqib olub.

1/4 finalda ən çox komanda ilə İspaniya təmsil olunacaq. Belə ki, La Liqanın 3 təmsilçisi bu mərhələyə vəsiqə qazanıb. Almaniya və İngiltərənin 2, Fransanın 1 klubu yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. 1/4 finalla bağlı maraqlı məqam isə ondan ibarətdi ki, Çempionlar Liasının qrup mərhələsində ilk pilləni tutan bütün komandalar tarixdə ilk dəfə bu mərhələyə çıxıb. PSJ 18, "Atletiko" isə 17 illik fasilədən sonra 1/4-ə vəsiqə qazanıb.

Püşk İspaniyanın iki klubunu - "Barselona" və "Atletiko"nu üz-üzə qoyub. Digər La Liqa nəhəngi "Real" yenidən Dortmund "Borussiya"sına rəqib olub. "Mançester Yunayted" turnirin son qalibi "Bavariya", "Çelsi" isə PSJ ilə qarşılaşacaq.

Çempionlar Liqası

1/4 final

1-2 və 8-9 aprel

Barselona (İspaniya) - Atletiko (İspaniya)

Real (İspaniya) - Borussiya (Dortmund, Almaniya)

PSJ (Fransa) - Çelsi (İngiltərə)

Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm