Messi "Beşiktaş"a gəlir?
Bizi izləyin

İdman

Messi "Beşiktaş"a gəlir?

Messi Beşiktaşa gələ bilər. Avqust ayı sonunda "Vodafone Arena"daki ilk matçına çıxmağa hazırlaşan "Beşiktaş"da rəhbərlik tarixə keçəcək matç üçün dünya nəhəngləri ilə təmas qurur.

Ağ-qaraların yeni stadionun açılışında İstanbula gətirmək üçün "Barselona", "Bayern Münxen", "M.Yunayted" və "Real Madrid" kimi nəhənlərlə müzakirələr apardığı bildirilir. Xüsusilə "Barselona"nın Türkiyə Hava Yolları vasitəsilə ediləcək təklifə müsbət baxa biləcəyi, klubun xərclərinin bir qisminin də THY tərəfindən qarşılanmasının gündəmdə olduğu qeyd edilir.

"Beşiktaş"ın "Vodafone Arena"nın açılışını daha rəngli hala gətirmək üçün matçdan əvvəl də dünya ulduzlarından birini səhnəyə çıxarmaq planlaşdırılır. Bu adın daha əvvəl Türkiyədə konsert verməyi planlaşdırılan, lakin sonradan konserti təxirə salınan 26 yaşındakı Rihanna olacağı ehtimal olunur./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm