Şumaxer komada 20 kiloqram çəki itirib
Bizi izləyin

İdman

Şumaxer komada 20 kiloqram çəki itirib

"Formula 1" yarışları üzrə dünya çempionu Mixael Şumaxer süni komaya salındıqdan bu günədək çəkisinin 25 faizini itirib.

Trend-in "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, məşhur alman pilotun çəkisi komada olduğu 83 gün ərzində 55 kiloqramadək düşüb. Bununla da o, 20 kiloqram çəki itirib.

Həkimlərin sözlərinə görə, komada olan xəstənin çəki itirməsi normal haldır. Lakin normal çəkisi olan birinin 20 kiloqram arıqlaması çoxdur.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm