Tuyqun Nadirovdan Mübariz Mənsimova şikayət edəcəklər
Bizi izləyin

İdman

Tuyqun Nadirovdan Mübariz Mənsimova şikayət edəcəklər

Ona xatırlatmaq istəyirik ki, “yoldan keçənlər” dəfələrlə “Xəzər Lənkəran”dan FİFA-ya şikayət edərək, qalib gəliblər. Sonradan isə klub rəhbərliyi “yoldan keçənlər”in dediklərinə münasibət də bildiriblər, onların tələblərini də yerinə yetiriblər. Təki bu

"Xəzər Lənkəran"ın Marko Kırdemirə borcu var.

Bunu Kırdemir özü futbolinfo.az saytına açıqlamasında bildirib. Xatırladaq ki, Marko Kırdemir “ağ-yaşıllar”ın futbolçusu Alvaro Silvanın meneceridir. Marko iddia edir ki, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov məsələdən xəbərdar olsa da, onu həll etmək istəmir:

"Alvaronu bu kluba mən gətirmişəm. Klubla aramızda müqavilə var. O müqaviləyə əsasən mənə pul ödəməlidilər. Amma vermirlər. "Xəzər Lənkəran"ın mənə borcu qalıb. Bunu klubun vitse-prezidenti Tuyqun Nadirova dedim. O isə dedi ki, pulu sənə verməyəcəm. Konkret şəkildə verməyəcəklərini bildirdi. Mən FİFA-ya müraciət edə bilərəm. Amma bunu etməyəcəm. Mübariz Mənsimovla görüşəcəm və pulu ondan istəyəcəm".

Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun münasibətini öyrənmək istədik. Publika.az-ın sualını olduqca aqressiv qarşılayan Nadirov məsələyə münasibət bildirmək istəmədi: “Hər yoldan keçən nəsə deyəcək mən də ona cavab verməli olacam? Bu məsələyə münasibəti Hüseyn Cəbrayıloğlundan öyrənin”.

Tuyqun Nadirova xatırlatmaq istəyirik ki, “yoldan keçənlər” dəfələrlə “Xəzər Lənkəran”dan FİFA-ya şikayət edərək, qalib gəliblər. Sonradan isə klub rəhbərliyi “yoldan keçənlər”in dediklərinə münasibət də bildiriblər, onların tələblərini də yerinə yetiriblər. Təki bu dəfə belə olmasın…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm