Güləşçilərimiz daha 7 medal qazandı
Bizi izləyin

İdman

Güləşçilərimiz daha 7 medal qazandı

Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən beynəlxalq turnirdə daha yeddi medal qazandı.
Bolqarıstanın Plovdiv şəhərində Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş güləş üzrə 17-ci beynəlxalq turnir davam edir. Publika.az xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edirlər.

Turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 4 bürünc medala sahib olublar.

Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olmuş və yığmamıza qızıl medal qazandırıblar.

Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə ediblər.

Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84 kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55 kq) və Abdulmuslim Muxuddinov (66 kq) bürünc medalla kifayətlənmişlər. Ruslan Surxayev (55 kq) isə turniri beşinci sırada tamamlayıb.

İki günün yekunlarına əsasən, güləşçilərimizin hesabında 5 qızıl, 3 gümüş və 4 bürünc medal var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm