Həyat hekayəti- Küçədən zirvəyə-“O, həmin Ronaldodu, heç dəyişməyib”
Bizi izləyin

İdman

Həyat hekayəti- Küçədən zirvəyə-“O, həmin Ronaldodu, heç dəyişməyib”

Sürixdə keçirilən qalada "Qızıl top" mükafatına karyerası ərzində ikinci dəf sahib çıxan Kriştiano Ronaldo təşəkkür çıxışı zamanı göz yaşlarını saxlaya bilmədi. Bu, Madeyra adasının yoxsullar yaşayan bölgəsi Funçalda dünyaya gələn ulduz futbolçunu uşaqlıq

Sürixdə keçirilən qalada "Qızıl top" mükafatına karyerası ərzində ikinci dəf sahib çıxan Kriştiano Ronaldo təşəkkür çıxışı zamanı göz yaşlarını saxlaya bilmədi. Bu, Madeyra adasının yoxsullar yaşayan bölgəsi Funçalda dünyaya gələn ulduz futbolçunu uşaqlıqdan tanıyanlar üçün yad mənzərə deyildi...

Santo Antonio olaraq tanınan dağlıq bir bölgədə dünyaya gələn Ronaldonun uşaqlığı olduqca çətin keçib. Ailənin dördüncü uşağı olaraq, planlaşdırılmayan bir şəkildə doğulan Kriştianonun aşpazlıq edən anası və bələdiyyədə bağban olaraq çalışan, 2005-ci ildə spritli içkilərə bağlılığı üzündən vəfat edən atası ailəni çətinliklə dolandırıb.

Anasından Kriştiano, Ronald Reyqan (ABŞ prezidenti) pərəstişkarı olan atasından Ronaldo adını alan ulduz futbolçu, 7 yaşından futbola başlayıb. Atası onu həvəskar səviyyəli "Andorinya" klubuna yazdırıb və burda qohumu Nuno ilə birlikdə futbolda ilk addımlarını atmağa başlayıb.

Ronaldonun ilk məşqçilərindən olan Françisko Afonso onunla bağlı xatirələrini belə nəql edir: "Əvvəlcədən onda xüsusi bir istedad var idi. Biz bunu görürdük. Kiçik olsa da, çox əzmli idi. Əvvəlcə müdafiəçi kimi oynadı, amma qısa zamandan sonra fərqli mövqelərə keçdi. İki ayağını da işlədə bilirdi. Texnikalı və sürətli idi. Ən önəmlisi də heç vaxt məşqlərdən qalmırdı. Meydanda həmişə top istəyən futbolçu olurdu. Futbol onun hər şeyi idi. Oynamayanda çılğına dönürdü".

Ronaldonun hələ də yanında olan uşaqlıq dostu Rui Alveş isə superstarı belə anladır: "Küçəyə çıxar, bütün günü oyun oynayardı. Ronaldonun seçimi həmişə futbol olurdu. Onu başqa oyunlara da çağırırdım, amma həmişə futbol oynamaq istəyirdi. Getdiyimiz hər yerə topunu da götürürdü".

"Anrodinya"nın ulduzuna çevirilən Kriştianonun bu klubda maraqlı xatirələri olub. Onlardan birini belə nəql edirlər: Bir matçın ilk yarısında 3 qol vuran Ronaldo başından zərbə alaraq zədələnir və fasilədə xəstəxanaya aparılır. Başı sarıqlı halda geri qayıdanda isə komandasının 3:4 hesabı ilə uduzduğunu öyrənərək məyus olur.

Ronaldonun performansı qısa müddətdə bütün diqqətlərin onun üzərinə yönəlməsinə səbəb olub və adanın ən böyük komandası "Nasional" bu istedadı izləməyə başlayıb. 12 yaşında komandanın futbol akademiyasına transfer olunan çəlimsiz istedadla bağlı daha sonra "Sportinq"ə məlumat çatır. Madeyranın tanınmış hakimləiindən Joao Markues de Freytaş "Sportinq"in skautu Aurelio Pereyraya belə bir futbolçunun olduğunu deyir və onu sınaqdan keçirmələri üçün israr edir.

De Freytaş o günləri belə anladır: "Ronaldonu 11 yaşında tanıdım. Məni onunla babası tanış etdi və çox yaxşı futbolçu olduğunu bildirdi. Çox kiçik, zəif və çəlimsiz idi. Mən də "Sportinq"in skautlarından birinə "çox istedadlı olduğunu duyduğum bir uşaq var" dedim. Yaşını öyrənəndə hələ çox uşaq olduğunu və Lissabona göndərə bilməyəcəyimizi bildirdi. Daha sonra Kriştianonun çox yoxsul olduğunu bildiyim anası ilə danışdım və buna icazə verdi. Tez Lissabona bilet alıb onu yola saldıq. Aurelio Pereyra Ronaldonu orda qarşıladı. O, Lissabonda 4 gün keçirdi".

"Sportinq"in məşqçiləri madeyralı bu gənci ilk baxışdan bəyənib və qısa müddətdə müqavilə imzalanıb. Transfer "Nasional"ın "Sportinq"ə çoxdan qalan 25 min avroluq borcunun silinməsi qarşılığında reallaşıb. Amma bu məbləğ, hər şeyə rəğmən 11 yaşlı uşaq üçün çox olduğundan iki komanda anlaşmanın şərtərini uzun müddət gizli saxlayıb.

Portuqaliyanın ən yaxşı futbol məktəbinə sahib "Sportinq" "futbolçu fabriki" olaraq tanınırdı. Bu məktəb Luiş Fiqu kimi bir dünya ulduzu yetişdirmişdi.

De Freytaş deyir ki, ev həsrəti çəkən, digər uşaqlar tərəfindən Madeyra ləhcəsi ələ salınan Ronaldo ilk günlər çox əziyyət çəkib: "İlk günlər problemləri oldu, amma sahib olduğu özəlliklərinin köməkliyi ilə hər şeyin öhdəsindən gəldi. O, gənc yaşında qorxusuz və əzmli biri idi. Savaşan, küçədə yetişən bir uşaqdı. Bir neçə il əvvəl itirdiyimiz atası çox problemlər yaşamışdı. Bu səbəbdən Kriştianonun uşaqlığı çətin keçmişdi. Amma o, hər zaman məsuliyyətini anladı və yaşadığı çətinliklər onu möhkəmləndirdi. Blatterin onun haqqında dediyi sözlərə "mən cavabımı meydanda verirəm" dedi və dediyini elədi. Əslində, Blatter haqlı idi. Ronaldo bir komandandı".

Uşaqlıq dostu Rui Alveş şöhrətin Ronaldonu dəyişdirmədiyini bildirib: "İnsanlar onu tanıdıqlarını düşünürlər, amma yanılırlar. Onunla birlikdə zaman keçirdikdə nə qədər təvazökar və gözütox insan olduğunu görə bilərsiniz. O hələ də həmin insandı, heç dəyişməyib".

Keçmiş komanda yoldaşı Rikardo isə onunla fəxr edir: "Gəncliyimdə Azoresdən (Atlantik okeanındakı adalar qrupu) olan Pauletanı izləyər və "niyə Madeyradan belə bir oyunçu çıxmır" deyirdim. İndi madeyralılar olaraq biz ən yaxşı futbolçuya sahibik. Kriştianoya bizə etdikləri üçün həmişə minnətdar olacağıq".

Tam adı: Kriştiano Ronaldo dos Santos Aveyro

Doğum tariixi: 5 fevral 1985 (28 yaş)

Doğum yeri: Funçal, Madeyra, Portuqaliya

Ampulası: Hücumçu

Gənclik karyerası

1993-1995 Andorinya (Portuqaliya)

1995-1997 Nasional (Portuqaliya)

1997-2002 Sportinq (Portuqaliya)

Peşəkar karyerası

2002-2003 Sportinq (Portuqaliya) - 25 (3)

2003-2009 Mançester Yunayted (İngiltərə) - 196 (84)

2009- Real Madrid (İspaniya) - 153 (166)

Yığma karyerası

2001-2002 Porutaqliya U-17 - 9 (6)

2002-2003 Porutaqliya U-20 - 5 (3)

2003 Porutaqliya U-21 - 6 (1)

2004 Porutaqliya U-23 - 3 (1)

2003- Porutaqliya - 109 (47)

Uğurları

Mançester Yunayted

Premyer Liqa (3): 2006/07, 2007/08, 2008/09

Federasiya Kuboku (1): 2003/04

Liqa Kuboku (2): 2005/06, 2008/09

Super Kubok (1): 2007

Çempionlar Liqası (1): 2007/08; Final (1): 2008/09

Klublarası dünya çempionatı (1): 2008

Real Madrid

La Liqa (1): 2011/12

Kral Kuboku (1): 2010/11

İspaniya Super Kuboku (1): 2012

Portuqaliya

DÇ-2006: dördüncü yer

AVRO-2004: finalçı

AVRO-2012: bürünc medal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm