Milan klublarının faciəsi
Bizi izləyin

İdman

Milan klublarının faciəsi

Milan klublarının faciəsi

Futbol üzrə İtaliya çempionatında 29-cu tura yekun vurulub. Publika.az xəbər verir ki, turun əksər görüşləri son oyun günündə baş tutub.

"Parma" - "Cenoa" matçında qalib müəyyənləşməyib. "Bolonya" "Kalyari"ni, "Sampdoriya" "Verona"nı, "Udineze" "Sassuolo"nu məğlub yola salıb. "İnter" evdə "Atalanta"ya, "Napoli" isə "Fiorentina"ya uduzub. Səfərdə "Kataniya" ilə qarşılaşan lider "Yuventus" bu dəfə də qələbə qazanıb. "Latsio" - "Milan" görüşündə isə qalib müəyyənləşməyib.

Turun digər oyunları bir gün öncə keçirilmişdi.

İtaliya A Seriyası

29-cu tur

22 mart

Torino - Livorno - 3:1

Qollar: İmmobile, 25; 60; 67 - Siliqardi, 89.

Kyevo - Roma - 0:2

Qollar: Jervinyo, 17, Destro, 42.

23 mart

Parma - Cenoa - 1:1

Qollar: Şelotto, 31 - Kofie, 21.

Bolonya - Kalyari - 1:0

Qol: Lazaros, 78-pen.

İnter - Atalanta - 1:2

Qollar: İkardi, 36 - Bonaventura, 35; 90.

Sampdoriya - Verona - 5:0

Qollar: Sansone, 4, Qarsiya, 23, Soriano, 38; 48, Palombo, 58.

Udineze - Sassuolo - 1:0

Qol: Di Natale, 26.

Napoli - Fiorentina - 0:1

Qol: Xoakin, 87.

Kataniya - Yuventus - 0:1

Qol: Teves, 59.

Latsio - Milan - 1:1

Qollar: Qonsales, 61 - Konko, 43-öz qapısına.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm