Puyol Türkiyənin hansı klubuna keçir?
Bizi izləyin

İdman

Puyol Türkiyənin hansı klubuna keçir?

Puyol Türkiyənin hansı klubuna keçir?

Mövsümün sonunda “Barselona”dan ayrılacağı dəqiqləşən Karles Puyolun Türkiyəyə gələ biləcəyi iddia olunub.

Publika.az xəbər verir ki, bunu təcrübəli müdafiəçinin Türkiyə təmsil hüquqlarına sahib olan FİFA meneceri Marko Kirdemir deyib.

Kirdemir Puyolun “Barsa”dan ayrılacağının dəqiq olduğunu vurğulayıb: “Türkiyə məsələsini də danışmışam. Ona başqa klublardan bir neçə təklif var. Amma son dəqiqədə hər şey ola bilər. Türkiyədən cəlbedici təklif olsa, gələ bilər. Bu dəqiqə gedəcəyi yer məlum deyil. Türkiyəyə normal baxır. Türkiyə çempionatı ilə məlumatı var. Bu ölkəni maraqlı hesab edir”.

Qeyd edək ki, adı “Qalatasaray”la bərabər çəkilən Puyol “Monako” və “Milan”dan, eləcə də ABŞ klublarından birindən təklif alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm