"Rusiya divi", "Kolumbiya çılğını" və "Almaniya tankı" - FOTOLAR
Bizi izləyin

İdman

"Rusiya divi", "Kolumbiya çılğını" və "Almaniya tankı" - FOTOLAR

"Rusiya divi", "Kolumbiya çılğını" və "Almaniya tankı" - FOTOLAR

Fransız filosof Albert Kamus "Həyatda nə öyrəndimsə futboldan və qapıçılıqdan öyrəndim. Çünki top heç bir zaman gözlədiyim tərəfdən gəlmədi" deyib. Bəlkə də bu, qapıçılığın önəmini anlada biləcək ən gözəl ifadələrdən biridi.

Qapıçılığın tarixi XVI əsrə gedib çıxsa da, 50-ci illərdən sonra daha önəmli hal almağa başlayıb. XX əsrdə yeni formasını qazanan müasir futbol qapıçıların önəmini artırıb. Yeni qaydaların və taktikaların tətbiq olunduğu futbolda rəqabət sürətlə artarkən, buna paralel olaraq qapıçıların önəmi hər ötən gün bir az da artıb və yeni "qəhrəmanlar"a ehtiyac duyulan bir mövqeyə çevirilib.

Qapıçılğın məşhurlaşması 50-ci illərə təsadüf edir. "Div Yaşin", "Çılğın Hiquyta", "Alman tankı Kan" kimi əfsanə qolkiperlərin hər kəsin təqdirini və alqışını qazanması müasir dünyada qapıçıların "futbolun incisi"nə çevirilməsinə səbəb olub. Publika.az bu yazıda sizə tarixin ən yaxşı qapıçıları barədə məlumat verəcək:

Lev Yaşin

Beynəlxalq Futbol Federasiyası və Statistikaları Federasiyası (IFFHS) tərəfindən XX əsrin ən yaxşı qapıçısı adlandırılan Yaşin karyerası ərzində 150 penalti zərbəsini dəf edərək qırılması mümkün görünməyən bir rekorda imza atıb. Atletik vücudu və refleksleri ilə tanınan rus qolkiper həmin dövrdə qapı xəttindən uzaqlaşmağa cəsarət etməyən həmkarlarının əksinə lazım olan məqamda mövqeyini tərk etməklə qapıçılıq anlayışını dəyişdirib. SSRİ yığmasında 78 oyun keçirən Lev 1956-cı ildə Olimpiya Oyunlarının, 4 il sonra Avropa çempionatının qalibi olub. FIFA dünya çempionatının ən yaxşı qapısına "Lev Yaşin Mükafatı" verir.

Qordon Banks

İngiltərə yığmasının 1966-cı ildə dünya çempionluğunu qazanmasında böyük rol oynayan Banks milli formanı 73 dəfə geyinib. 15 illik karyerası ərzində o, "Çesterfild", "Leyçester", "Stok Siti", "Klivlind", "Hellenik, "Fort Lauderdale Strikers" və "St Patriks" kimi klubların qapısını qoruyub. Mükəmməl reaksiyaları ilə diqqəti çəkən və 6 dəfə FIFA tərəfindən "Ən yaxşı qapıçı" adına layiq görülən Qordon İFFHS tərəfindən XX əsrin ikinci ən yaxşı qapıçısı elan edilib. İngiltərədə verilən Futbol Yazarları Dərnəyinin "İlin qapıçısı" mükafatını da alan ingilis qolkiper 1972-ci ildə düşdüyü yol qəxasında görmə qabliyyətini böyük ölçüdə itirib və 34 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb.

Dino Zoff

Karyerasını 42 yaşınadək davam etdirən italyan qolkiper 40 yaşında olduğu zaman qapısını qoruduğu və kapitanı olduğu İtaliya yığması ilə Dünya çempionatının (1982) qalibi olaraq tarixin ən yaşlı çempion qapıçısı adını qazanıb. Zoff IFFHS tərəfindən XX əsrin 3-cü ən yaxşı qapıçısı elan edilib. 70-ci illərə damğasını vuran Dino beynəlxalq matçlarda 1142 dəqiqə qol buraxmayaraq rekorda imza atıb. İtaliya millisinin formasını 112 dəfə geyinən Zoff Alessandro Nesta və Paolo Maldinidən sonra yığmada ən çox oyun keçirən futbolçudu. İtaliya çempionatında 600-dən artıq matç keçirən qolkiper 1983-cü ildə karyerasını bitirdikdən sonra bir çox klubda və İtaliya millisində baş məşqçi kimi fəaliyyət göstərib.

Rene İgita

Kolumbiyanın 1990-cı ildəki dünya çempionatında ən çox diqqəti çəkən futbolçusu olan İgita 1995-ci ildə daha da məşhurlaşıb. Buna səbəb isə həmin il Londondakı "Uembli" stadionunda keçirilən İngiltərə - Kolumbiya matçında topu "əqrəb vuruşu" ilə qurtarması olub. Futbol lüğətinə "əqrəb vuruşu" anlayışını gətirən kolumbiyalı uzun saçları və ilginc imici ilə hər zaman diqqəti çəkib. 1966-cı ildə dünyaya gələn İgita oyun zamanı qapını tez-tez tərk etməsi və təxminedilməz davranışları üzündən vətənində "El Loko" (manyak) adlandırılıb. Karyerasını 2010-cu ilədək davam etdirən Rene vurduğu 41 qolla bütün zamanların ən məhsuldar qapıçıları sırasında 4-cü yeri tutur.

Andoni Subisarreta

Uzun illər İspaniya millisinin, "Atletiko" və "Barselona"nın qapısını qoruyan Subisarreta 4 dünya və 3 Avropa çempionatında çıxış edib. Karyerası ərzində 950-dən artıq matça çıxan ispan qolkiper sabit oyunu və sürətli refleksləri ilə 80-ci illərin və ölkəsinin ən yaxşı qapıçıları arasında yer alıb.

Peter Şmeyxel

"Mançester Yunayted" formamsı çıxdığı matçlarda göstərdiyi performansla 90-cı illərin əfsanəvi qapıçıları arasına adını yazdıran Şmeyxel Danimarkanın AVRO-1992-ni qazanmasında önəmli rol oynayıb. O, "qırmızı şeytanlar"ın heyətində 1992-ci ildə Çempionlar Liqasını, Premyer Liqanı və İngiltərə Kubokunu qazanaraq, klubunun "üçlər klubu"na düşməsinə yardımçı olub. Peter 1992 və 1993-cü illərdə İFFHS tərəfindən dünyanın "Ən yaxşı qapıçısı" elan edlib. FIFA onun adını "yyaşayan 125 ən yaxşı futbolçu" siyahısına salıb. "Mançester Yunayted"ə cəmi 60 min funt-sterlinqə transfer olunan qolkiper karyerası ərzində 3 Avropa və 1 dünya çempionatına qatılıb.

Luis Çilavert

Braziliyalı Rocerio Senidən sonra tarixin ən çox qol vuran qapıçısı sayılan paraqvaylı Çilavert indiyədək 62 qola imza atıb. Yüksək texnikası sayəsində gözəl zərbələr vuran və 11 metrlik cərimə zərbələri yerinə yetirən qolkiper vurduğu kritik qollarla bir çox matçın qazanılmasında önəmli rol oynayıb. 80-90-cı illərə damğa vuran Çilavert IFFHS tərəfindən 3 dəfə dünyanın "Ən yaxşı qapıçısı" seçilib. O, DÇ-2002-də Paraqvay millisinin 4 qoluna imza atığb. Argentina, İspaniya və Fransa çempionatlarında çıxış etmiş amerikalı qapıçı 74 dəfə milli formanı geyinib və 8 qola imza atıb. O, həmçinin het-trik etmiş yeganə qapıçıdı.

Oliver Kan

Karyerası ərzində 8 Bundesliqa çempionluğu, 6 Almani Kuboku, UEFA Kuboku, Çempionlar Liqası və qitələrarası kuboku qazanan Kan alman futbolunun yetişdirdiyi ən yaxşı qapıçı hesab olunur. Ardıcıl 4 dəfə Avropanın, 3 dəfə dünyanın, 2 dəfə də Aomaniyanın ən yaxşı qapıçısı seçilən "Alman tankı" DÇ-2002-nin ən yaxşı oyunçusu adını qazanıb və "Qızıl buts"a sahib çıxıb. Formasını geyindiyi Almaniya yığmasına və "Bavariya"ya bir çox uğurun qazanılmasında yardımçı olan qolkiperin heykəli Madame Tussauds Muzeyinin Berlin şöbəsində yerləşdirilib.

Canluici Buffon

Karyerasını "Yuventus"da davam etdirən və IFFHS tərəfindən 4 dəfə ilin "Ən yaxşı qapıçısı" seçilən Buffon 2000-ci illərin ən yaxşı qapıçıları siyahısına başçılıq edir. 2001-ci ildə "Parma"dan "Yuventus"a 54 milyon avroya transfer olunan və beləliklə dünyanın ən bahalı qapıçısına çevirilən italyan qolkiper Pelenin hazırladığı "Yaşayan 125 ən yaxşı futbolçu" siyahısında yer alıb. İtaliyada 9 dəfə "İlin qapıçısı" seçilən Buffon yığmanın qazandığı DÇ-2006-da "Lev Yaşın Mükafatı"na sahib çıxıb. O, 2003-cü ildə UEFA-nın "İlin oyunçusu" mükafatını qazanaraq bunu bacaran yeganə qapıçı olub. 117 dəfə yığma formanı geyinən, A Seriyasında 600-dən çox matç keçirən Buffon bütün zamanların 3 ən yaxşı qapıçısından biri hesab olunur.

İker Kasilyas

"Real" və İspaniya yığmasının kapitanlığını davam etdirən, Avropada "İlin futbolçusu" mükafatına iki dəfə namizəd göstərilən Kasilyas 2000-ci illərin ən yaxşı qapıçılarının seçildiyi səsvermədə Buffondan bir səs geri qalıb. İspaniya yığmasının heyətində 2008 və 2012-ci illərdə Avropa, 2010-da dünya çempionluğunu qazanan qolkiper həmin il "Lev Yaşin Mükafatı"na sahib çıxıb. UEFA-nın hazırladığı "İlin rəmzi komandası"na 6 dəfə düşən İker bu rekordu Kriştiano Ronaldo ilə paylaşır. Kasilyas Çempionlar Liqasında və İspaniya millisində ən çox oyun keçirən qapıçıdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm