"Barselona" yay transferlərinə 120 milyon avro xərcləyəcək
Bizi izləyin

İdman

"Barselona" yay transferlərinə 120 milyon avro xərcləyəcək

"Barselona" prezidenti Xosep Mariya Bartomeu bəyan edib ki, klub yay transfer pəncərəsində əhəmiyyətli dərəcədə məsrəfə hazırdır.

"Barselona" prezidenti Xosep Mariya Bartomeu bəyan edib ki, klub yay transfer pəncərəsində əhəmiyyətli dərəcədə məsrəfə hazırdır.

Bartameu "El Periodico"-ya müsahibəsində deyib: "Gəlirimiz vergi ödənişlərinə və amortizasiyaya qədər təxminən 120 milyon avro təşkil edir. Adətən biz bu məbləğin yarısını transferlərə xərcləyirik. Lakin bu il biz bütün gəlirimizi yeni oyunçuların alınmasına xərcləyə bilərik".

Katalonlar Viktor Valdes və Karles Puyolun gedişi ilə əlaqədar qapıçı və mərkəz müdafiəçisi mövqeyinə oyunçu axtarırlar.

"Barsa"nın yeni qapıçısının "Borussiya"nın (Münhenqladbax) üzvü Mark-Andre ter Şteqen olacağı gözlənilir. Bununla yanaşı, katalonların "Çelsi"nin braziliyalı müdafiəçisi David Luis, "Tottenhem"in holland oyunçusu Yan Vertonqen və "Portu"dan fransız Elyakim Manqalaya maraq göstərdikləri bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm